Maqazin 14:20 31.03.2021

Tanınmış azərbaycanlı müğənni koronavirusa yoluxdu

Müğənni Günel Ələkbərova da koronavirus infeksiyasına yoluxub.

Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. Bir neçə gündür hərarəti olan ifaçı test nəticəsinin pozitiv olduğunu bildirib:

"Yıxmadı dağ məni, indi yıxacaq bu məni? Elə şey yoxdur. Dostlar, pozitiv olaq, qalan şey boşdur. Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Evdə müalicə alıram”.