WBA, WBO, IBF və IBO versiyası üzrə superağır çəkidə çempion olan tanınmş boksçu Vladimir Kliçko özünün seksual oriyentasiyası ilə bağlı verilən sualları cavablandırıb.
Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ukraynalı bloqqerlər tərəfindən yayılan bu informasiyanı təkzib edən boksçu bunları bildirib: “Bu xəbərə inananları məyus etməli olacağam, mən gey deyiləm.”
Xatırladaq ki, Kliçko oktyabrın 5-də Moskvada rus boksçu Aleksandr Povetkinlə görüşəcək.
Qaynar.info
Şərhlər