Xəbər lenti

"Qarabağ" Premyer Liqada rekordunu təkrarladı
İdman06:48 13.05.2024

"Qarabağ" Premyer Liqada rekordunu təkrarladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" Azərbaycan Premyer Liqasında rekordunu təkrarlayıb.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna XXXIV turda "Zirə"ni səfərdə 1:0 hesabı ilə məğlub etməklə nail olub.
"Köhlən atlar" çempionatda 2023/2024 mövsümündə 91-ci qolunu vurub. Ölkə çempionu bununla da tarixinin rekordunu təkrarlayıb.
Ağdamlılar 2022/2023 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan "Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.
Qeyd edək ki, çempion son iki turda "Turan Tovuz”la evdə, "Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.