Xəbər lenti

Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir (FOTO)
Foto 13:55 13.05.2024

Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir (FOTO)

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Məhərrəm İsmayıl oğlu Əzizovun meyitinin qalıqları Bərdə rayonuna gətirilib.

"Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Bərdə rayonu 866 saylı qəsəbədə ailəsinə təhvil verilib.

Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Məhərrəm İsmayıl oğlu Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb.
M.Əzizov Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->