Ölkə 11:20 20.03.2019

Tanınmış memar vəfat etdi

Tanınmış memar, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində sektor müdiri işləmiş Nəzarət Ağayev vəfat edib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, N.Ağayev uzun sürən onkoloji xəstəlik nəticəsində dünyasını dəyişib. 10 gündən artıq komada olan N.Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nəzarət Ağayev Şəhərsalma-planlaşdırma həllərinin razılaşdırılması sektorunun müdiri olub və səhhəti ilə əlaqdar işdən çıxıb.

Allah rəhmət eləsin!