Foto 21:55 22.02.2021

Tanınmış meyxanaçılar karantini pozdu, cərimələndi (FOTO)

Tanınmış meyxanaçılar Rüfət Kərimov, Orxan Lökbatanlı və Mehman Əhmədli məsuliyyətə cəlb ediliblər.

Qaynarinfo trend-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həmin şəxslərin karantin qaydalarını pozduğu aşkar olunub.

Qeyd olunan şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 400 manat məbləğində cərimə olunublar.