Sənət 09:38 04.03.2019

Tanınmış muğam ifaçısı dünyasını dəyişdi

Tanınmış xanəndə Camal Dadaşov vəfat edib.

Yaxınlarının kult.az-a verdiyi məlumata görə, tanınmış xanəndənin heç bir xəstəliyi olmayıb. Gecə ailəsi, doğmaları ilə birgə olub. Yatmaq üçün otağına keçərkən qəfil yıxılıb və dünyasını dəyişib.

Qeyd edək ki, Camal Dadaşov 1950-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib, uzun illər Qobustan rayon Musiqi Məktəbində muğam dərsi keçib. Bir çox gənc xanəndənin, o cümlədən Muğam Müsabiqəsi-2007-nin laureatı Abgül Mirzəliyevin ustadıdır.

C.Dadaşovun oğlu, tanınmış qarmon ifaçısı Nazim Dadaşov 2016-cı il 19 iyulda ağır qəza nəticəsində dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin!