Tanınmış politoloqa ağır itki

Tanınmış politoloqa ağır itki

Politoloq Qabil Hüseynlinin qardaşı Hüseyn Hüseynov sentyabrın 2-si Tərtərin Seyidli kəndində dünyasını dəyişib.

Məlumatı axar.az-a təsdiq edən politoloq Qabil Hüseynli qardaşının uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib.

52 yaşında dünyasını dəyişən Hüseyn Hüseynovun ölüm səbəbi şəkərinin qalxması olub.

Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycan Dövlət Texniki Universitetinin məzunu idi. Uzun müddət Bakı Soyuducular Zavodunda usta, sex rəisi, baş direktorun birinci müavini və baş mühəndis vəzifələrini icra edib.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR