Tanınmış şair Rüstəm Behrudi özəl xəstəxanaların birinə yerləşdirilib. O, bu saatlarda əməliyyat olunacaq.
"Qaynarinfo" xəbər verir ki, yenicag.az xəstəxana ilə əlaqə saxlayıb. Şairin həkimi Cəfər Nəsirli xəbəri təsdiqləyib:
"Bu dəqiqələrdə Rüstəm Behrudi əməliyyata hazırlanır. O, əzələ yırtığından əziyyət çəkir. İnşallah, əməliyyat uğurla keçəcək”.
Qeyd edək ki, Rüstəm Behrudi bundan öncə ağır ürək əməliyyatı da keçirib.
Qaynarinfo.Az
Şərhlər