Sənət 19:05 13.10.2019

Tanınmış yazarımız Avstriyada vəfat etdi (FOTO)

Tanınmış yazıçı-publisist, 20 ilə yaxındır Avstriyada yaşayan Rafael Cəfərov vəfat edib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən və müalicədən imtina edən Rafael Cəfərovun cənazəsi Azərbaycana gətirilib. O, vəsiyyətinə uyğun olaraq dünən doğulduğu Ağcabədi rayonunda dəfn edilib.

Qeyd edək ki, R.Cəfərovun əsərləri müxtəlif dillərdə çap edilib. Onun xeyli kitabı nəşr edilib.