Xəbər verdiyimiz kimi, bu gün Tovuzda güllələnmə hadisəsi baş verib. "Göl Əli" ləqəbi ilə tanınan Əli Şəmiyev makarov tipli tapança ilə Tovuz Rayon Məhkəməsinin sabiq sədri Firudin Ələkbərlini güllələyib. F. Ələkbərli xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
"Qafqazinfo"nun məlumatına görə, son 1 il ərzində ərzində bir sıra sabiq və hazırda fəaliyyətini davam etdirən məmurların ailələrində ağır itkilər yaşanıb.
Etimad İsmayılov - 2018-ci ilin senyabrında Azərbaycanın ilk ədliyə naziri və keçmiş baş prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalıb. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Jurnalist Sevil Nuriyevanın həyat yoldaşını qətlə yetirşən şəxs Gözəl Dəmirov olub. 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olan Dəmirov polis tərəfindən saxlanılanda cinayəti pul mübahisəsi üstündə törətdiyini bildirib.
Elçin Qasımov - 2019-cu ilin yanvarında Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu Elçin Qasımovun İsveçrədə vəfat edib. Məlumata görə, Elçin Qasımov kanata minərkən təzyiqi qalxıb və halı pisləşib. O, həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Sabiq icra başçının ailəsində bir gündə iki ölüm
Cari ilin mayında Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Rzayevin 45 yaşlı oğlu Hünər Rzayev və qardaşı Namiq Rzayev bir gündə dünyasın dəyişib. Hər iki şəxsin ürəktutmadan dünyasını dəyişdiyi bildirilib. H. Rzayev uzun müddət Vergilər Nazirliyində işləyib, ölümündən bir il əvvəl isə işdən çıxarılıb. Qeyd edək ki, Yaşar Rzayev 2000-2003-cü ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.
Orxan Ağayev - 2019-cu iyulunda "Qorotdel”in Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayev 5-ci mərtəbədən düşərək vəfat edib. Həmin an 28 yaşlı Orxanın yalnız anası evdə olub, böyük qardaşı sonradan hadisə yerinə gəlib. Qeyd edək ki, Ə.Ağayevin iki oğlu olub. Orxan Ağayev subay olub. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum olmayıb.
Azər Sadıqov - ötən ay BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni Azər Sadıqov Türkiyədə vəfat edib. DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin 48 yaşlı rəisi Azər Sadıqovun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib. Bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə aparılan A. Sadıqovun əməliyyata daxil olmadan vəfat etdiyi qeyd olunub.
Qeyd edək ki, Azər Sadıqov Nabrandakı "El Faro” əyləncə mərkəzində olarkən səhhəti pisləşmişdi. Həmin vaxt "Qafqazinfo"ya açıqlama verən Abel Məhərrəmov kürəkəninin vəziyyətinin yaxşı olduğunu bildirmişdi:
"Vəziyyəti yaxşıdır, evindədir. Kənarda yemək yemişdi, ona görə kiçik bir problem yaranmışdı. Mədəsi yuyulub, bir saat sonra isə evinə aparılıb. Hazırda hər şey qaydasındadır”.
2018-ci ilin fevralında mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev avtomobil qəzasında həlak olub. Sabirabadın Həşimxanlı kəndində 33 yaşlı Anar Mirzəyevin "Jeep” markalı minik avtomobili su kanalına aşıb. O, ailənin yeganə övladı olub.
Hadisədən bir həftə sonra isə Tovuzda ikimərtəbəli evdə yanğın baş verib. Yanan evdə Ramiz Mirzəyevin bacısı, 1950-ci il Mirzəyeva Pakizə Şəmşəd qızı və onun əri 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlunun yanmış cəsədləri aşkarlanıb. İlkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı məlum olub.
Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev isə 2017-ci ilin yayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində həlak olmuşdu.
Şərhlər