Xəbər lenti

Tapdıqları 300 min avronu evsizlərə payladılar
Dünya 17:32 20.06.2018

Tapdıqları 300 min avronu evsizlərə payladılar

Belçikalı cütlük tapdıqları 300 min avronu kasıblara paylayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Belçikada boş evə girən CoyKimberli cütlüyü tikiş maşınının altındakı çantadan 300 min avro pul tapıb. Evləri olmayan və boş tikililərə girərək yaşayan ikili məbləği özləri kimi evsiz tanışlarına paylayıb. 32 yaşlı Coy və 33 yaşlı Kimberli evin sahibi olan qadının öldüyünü və buranı soymaq üçün tikiliyə girdiklərini etiraf edib.

Ölən qadının oğlu cütlükdən 40 min avro mənəvi təzminat tələb edir. 

Cütlük isə 18 ay müddətinə azadlıqdan məhrum edilib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->