Xəbər lenti

Teatr Xadimləri İttifaqı məhkəməyə verildi: Səbəbini özləri də bilmir
Ölkə14:12 23.12.2024

Teatr Xadimləri İttifaqı məhkəməyə verildi: Səbəbini özləri də bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Teatr Xadimləri İttifaqı məhkəməyə verilib. 
Qaynarinfo xəbər verir ki, iddiaçı Ağayev Şamil Allahverdi oğludur. İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Prosesə hakim Mədinə Bağırova sədrlik edəcək. 
Açıq mənbələrdə işin mahiyyəti barədə heç bir məlumat yoxdur. 
Qaynarinfo məsələ ilə bağlı Azərbaycan Teatr Xadimləri İttifaqı ilə əlaqə saxlayıb. İttifaqdan belə bir məhkəmə prosesi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirdilər:
"Belə bir iş illər öncə olub. Əgər indi belə bir məhkəmə prosesi varsa, biz məlumatsızıq. Quruma məhkəmədən hər hansı bildiriş daxil olmayıb". 
Bahar Rüstəmli