Ekonomiks 18:14 25.11.2020

TƏBİB 800 min manatlıq proqram alacaq - "Technofusion” MMC kimindir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (TƏBİB) noyabrın 25-də məlumat bazası proqram təminatları lisenziyalarının və dəstək xidmətlərinin alınması ilə bağlı tender keçirib.

Qaynarinfo xəbər verir ki, TƏBİB-in keçirdiyi tenderin qalibi "Technofusion” MMC olub. Tenderin məbləği 836983.44 manat olub.

TƏBİB bu məbləğə 16 ədəd "Software Update License & Support 1st year - 1 illik dəstək xidmətləri, 16 ədəd "Oracle Database Enterprise Edition - Processor Perpetual” məlumat bazasının proqram təminatı lisenziyaları alacaq.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayında qeydiyyata alınan şirkətin Fuad Mailovdur. 
 


Aydın