Xəbər lenti

TƏBİB: Açıq havada belə toy keçirməyə icazə yoxdur
Ölkə14:57 22.05.2020

TƏBİB: Açıq havada belə toy keçirməyə icazə yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Toyların keçirilməsinin bərpası mümkün deyil. Bu kimi tədbirlərin açıq havada keçirilməsi müzakirə olunub, lakin mütəxəssislər bunu təhlükəli hesab edirlər”.
Qaynarinfo xəbər verir ki, bu fikirləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, əgər nəsə yeni qərar olsa, ictimaiyyətə açıqlanacaq.
R.Bayramlı əlavə edib ki, yoluxma halları intensiv olarsa, qırmızı zona yaradıla bilər: "Bu gün üçün ölkədə belə zona yoxdur”.