Xəbər lenti

Ölkə 17:23 10.09.2025

"Təbib Aptek"də 287 manatlıq oğurluq

Xırdalan şəhərində faəliyyət göstərən "Təbib Aptek"də oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, aptekdən 50 manat pul və 237 manat dəyərində müxtəlif dərman preparatları oğlurlanıb. 

Cinayətin üstü qısa müddət ərzində açılıb. Hadisəni törədən şəxs Qulam Rzayev (ad və soyad şərtidir) saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrim ittiham elan edilib. Həmçinin onun barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs "Təbib Aptek"dən başqa Abşeron rayonunda fərdi evlərin də birindən oğurluq edib.  
Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılıb.

Məhkəmə prosesi zamanı Qulam Rzayev ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O bildirib ki, Yevlax rayonundan Bakıya gəlib. İş axtrasa da, tapa bilməyib. Ona görə də oğurluq etmək məcburiyyətində qalıb və ilk hədəfi "Təbib Aptek" olub. Qulam Rzayev fiziki güc tətbiq etməklə aptekin qapısını açıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edib. Məhkəmənin hökmü ilə ona 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->