Xəbər lenti

TƏBİB “Sədərək”dəki yanğınla bağlı məlumat yaydı
Ölkə 10:36 18.02.2020

TƏBİB “Sədərək”dəki yanğınla bağlı məlumat yaydı

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək” Ticarət Mərkəzində baş verən yanğın yerinə beş təcili yardım briqadası göndərilib.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Qaynarinfo-ya verilən məlumata görə, səkkiz nəfərə hadisə yerində yardım göstərilib.

Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->