Ölkə 12:46 28.01.2021

Təhsil naziri bu tarixdə vətəndaşların suallarına cavab verəcək

Yanvarın 30-u saat 16:00-da təhsil naziri Emin Əmrullayev rəsmi "Facebook” səhifəsi üzərindən "Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandıracaq.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sualları (şəxsi müraciət tipli suallar istisna olmaqla) yanvarın 29-u saat 18:00-dək rəy bölməsində qeyd etmək lazımdır.