Xəbər lenti

Təhsil Nazirliyi və DİM-in rəhbərliyi qəzaya görə Mingəçevirə getdi
Ölkə 17:00 11.03.2018

Təhsil Nazirliyi və DİM-in rəhbərliyi qəzaya görə Mingəçevirə getdi

Xəbər verdiyimiz kimi, bu gün respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imthanının birinci mərhələsi keçirilib.

Qaynarinfo xəbər verir ki, Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması ilə əlaqədar imtahanda iştirak etmək istəyən bir neşə şagird və təhsil işçisi prosesə qatıla bilməyib.  

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) Yevlaxdakı qəza ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb.

"Hadisə zamanı xəsarət alanlardan 12 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3-nün vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir. 

Qəza nəticəsində kəllə-beyin travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub.

Hazırda Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadırlar.

Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmasını arzu edirik!", - deyə məlumatda qeyd edilir.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->