Ölkə 16:18 10.04.2019

Təhsil Nazirliyində məktəblinin intiharı ilə bağlı iclas keçirilib

Bu gün 162 saylı tam orta məktəbdə aprelin 4-də baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.