Xəbər lenti

Təkcə kitab sevgisi deyil: Yüksək IQ-lü insanların 10 görünməz vərdişi
Dünya 08:15 21.04.2026

Təkcə kitab sevgisi deyil: Yüksək IQ-lü insanların 10 görünməz vərdişi

Hər kəs IQ testindən keçmir. Lakin insanların gündəlik davranışlarını müşahidə etməklə onların intellekt səviyyəsi barədə müəyyən nəticə çıxarmaq mümkündür. 

Qaynarinfo-nun "YourTango”ya istinadən məlumatına görə, sosial münasibətlər üzrə ekspert Zayda Slabbekkorn bildirir ki, həqiqi intellekt davranışda, ünsiyyətdə və həyata yanaşmada özünü göstərir.

O, yüksək intellektə malik insanlara xas 10 əsas xüsusiyyəti və vərdişi açıqlayıb.

Fikirlərini dəyişirlər

Mütəxəssisin sözlərinə görə, ağıllı insanlar yeni məlumatlara açıqdır və öz baxışlarını yenidən nəzərdən keçirməkdən çəkinmirlər. Onlar hər vəziyyətdə haqlı olduqlarını sübut etməyə çalışmır, öyrənməyə və dinləməyə üstünlük verirlər.

Hər gün oxuyurlar

Bu insanlar üçün oxumaq yalnız bilik əldə etmək vasitəsi deyil, həm də empatiyanın inkişafı üçün bir alətdir. Onlar kitablar vasitəsilə dünyagörüşlərini genişləndirir və oxumağı gündəlik vərdiş kimi, xüsusilə yatmazdan əvvəl istifadə edirlər.

Düşünülmüş suallar verirlər

Ağıllı insanlar ətrafdakıları və dünyanı daha dərindən anlamağa çalışdıqları üçün tez-tez mənalı və düşünülmüş suallar verirlər. Bu, onlara həm öyrənmək, həm də daha keyfiyyətli ünsiyyət qurmaq imkanı yaradır.

Təsadüfi mövzulara maraq göstərirlər

Maraqlanmaq intellektin əsas göstəricilərindən biridir. Onlar yeni və qeyri-adi mövzulara belə açıq olur, naməlum olanı anlamağa çalışırlar.

Söhbətlərdə daha çox dinləyirlər

Ağıllı insanlar sükutu dəyərləndirir və yaxşı dinləyici olurlar. Onlar pauzalardan istifadə edərək deyilənləri daha dərindən analiz edirlər.

Gələcək haqqında düşünürlər

Araşdırmalara istinadən qeyd olunur ki, yüksək intellektə malik insanlar qərar verərkən uzunmüddətli nəticələri nəzərə alır və strateji düşünürlər.

Həll yönümlü olurlar

Münaqişə və ya problemlər zamanı onlar öz haqlılıqlarını sübut etməkdən çox, optimal həll tapmağa çalışırlar.

İxtiraçı və çevik düşüncəyə malikdirlər

Bu insanlar maneələri problem kimi yox, həll edilə bilən situasiya kimi görür və alternativ yollar tapmağı bacarırlar.

Mənalı ünsiyyət axtarırlar

Səthi söhbətlərdən çox, dərin və mənalı dialoqlara üstünlük verirlər. Bu da onlara daha güclü sosial əlaqələr qurmağa kömək edir.

Dağınıqlıqda rahat ola bilirlər

Streotiplərin əksinə olaraq, bəzi ağıllı insanlar üçün dağınıq mühit yaradıcılığın bir hissəsi və ilham mənbəyi ola bilər.

Aydın

--> -->