Xəbər lenti

Tələbə feysbukda yeni funksiya aşkar etdi
Texnologiya 23:00 26.06.2018

Tələbə feysbukda yeni funksiya aşkar etdi

Feysbuk istifadəçilərin sosial şəbəkədə nə qədər zaman keçirdiklərini öyrənməyə imkan verəcək yeni funksiya hazırlanır.

Qaynarinfo Technote-yə istinadən xəbər verir ki, "Your Time on Facebook” adlı yeni funksiyanı Massaçusets Texnologiya Universitetinin tələbəsi Feysbukun mobil tətbiqinin kodunda aşkar edib.

Həmin funksiya sizin hərgün sosial şəbəkədə nə qədər zaman keçirdiyinizi hesablayacaq.

Bununla yanaşı, istifadəçi istədiyi zaman sosial şəbəkənin mobil versiyasından istifadəyə limit də qoya bilər. Qoyulmuş vaxt limitinin bitməsindən sonra smartfon ekranında bildiriş əks olunacaq və tətbiq avtomatik olaraq bağlanacaq.

Bu yeni funksiyanın rəsmi olaraq nə zaman istifadəyə veriləcəyi bilinmir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->