Amerikalı tələbə mühazirə və seminarlarda oturanda darıxırdı.
O, başını qatmaq üçün baldırına şəkillər çəkməyə, sonra da həmin şəkillərin fotolarını çəkib sosial şəbəkələrdəki profillərində yerləşdirməyə başlayıb.
2011-ci ildə başlanmış bu "macəra" indi həmin tələbə qızı çox məşhurlaşdırıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Massaçusets ştatındakı Emerson Universitetində oxuyan tələbə Cudi Stilin baldırlarındakı şəkillərin fotolarından ibarət sərgi də hazırlanır.
Tələbə qızın müəllimləri də artıq onun mühazirələrdə şəkillər çəkməsinə mane olmurlar.
Şərhlər