Quba rayonu Amsar kənd sakini Qurbanov Səməd Qürbət oğlu təhsil naziri cənab Mikayıl Cabbarova müraciət edib.
Qaynar.info-ya daxil olan müraciətdə deyilir:
"Cənab nazir!
Mən hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) maliyyə kredit fakültəsinin keçmiş tələbəsiyəm.
Möhtərəm Mikayıl Cabbarov!
Mən Dağıstandan, Moskvadan qanunsuz köçürülən tələbələrdən fərqli olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarının nəticəsinə görə 2006-cı ildə ABU-nun maliyyə kredit fakültəsinə qəbul olunmuşam. Təhsil müddətində imtahanlarımı vermişəm, 2006-2007, 2007-2008, 2008-2009 və 2009-2010-cu tədric illəri üçün təhsil haqqını ödəmişəm. Bunu təsdiq edən rəsm sənədlər var. Tələbə biletimin nömrəsi 06/580.
Cənab nazir!
ABU-da baş verən məlum hadisələrdən sonra məndən asılı olmayan səbəbdən diplomumu ala bilməmişəm. Ona görə də Sizdən artıq dərəcədə xahiş edirəm mənim qanuni hüququmun bərpa olunmasına kömək edəsiniz".
Qaynar.info
Şərhlər