Teledərslərin aprelin 1-nə olan cədvəli açıqlandı

Teledərslərin aprelin 1-nə olan cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanan "Dərs vaxtı” verilişinin aprel ayının 1-nə olan cədvəli açıqlanıb.

Qaynarinfo cədvəli təqdim edir: 

Azərbaycan bölməsi  

10:00-da Fiziki tərbiyə, saat 10:10-da XI sinif üzrə Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya, saat 11:05-də X sinif üzrə Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 11:40-da IX sinif üzrə Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 12:20-də V sinif üzrə İngilis dili, Riyaziyyat, Azərbaycan dili, Təsviri incəsənət, saat 13:05-də II sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Musiqi, 13:30-da I siniflərə Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri nümayiş olunacaq.

Rus bölməsi 

Saat 14:00-da II sinif üzrə Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 14:20-də VIII sinif üzrə Rus dili, Riyaziyyat, Fizika, saat 14:55-də X siniflərə Rus dili, Biologiya, Fizika, 15:30-da XI siniflər üçün Kimya, Biologiya, Coğrafiya dərsləri yayımlanacaq.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR