"Tesla” şirkəti "Tesla Wireless Charger” adlı simsiz enerjidoldurma qurğusunu təqdim edib.
Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, qurğu "Qi” standartını dəstəkləyən "Android” və "iPhone” qurğuları üçün hazırlanıb.
Qnerjidoldurma qurğusunun batareyasının gücü 6000 milliamper/saat təşkil edir. "Tesla”nın nümayəndələrinin sözlərinə görə, cihazın işlənib hazırlanmasında şirkətin digər enerji məhsullarında tətbiq edilmiş dizayndan istifadə edilib.
"Tesla Wireless Charger” qurğusunun sahibləri "Android” sisteminin idarəetməsi altında işləyən qurğuları enerji ilə doldurmaq üçün daxili "USB-C” kabelindən, həmçinin daha sürətli kabel şarjı üçün "USB-A” portundan istifadə edə bilərlər.
Qurğunun qiyməti 65 dollardır.
Şərhlər