Video 11:16 17.05.2021

Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur (VİDEO)

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.