Xəbər lenti

Təqaüdçü yardım istədi, kartından pul çəkildi
Ekonomiks 18:51 25.09.2025

Təqaüdçü yardım istədi, kartından pul çəkildi

Bakıda təqaüdçüdən oğurluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, S.Ağayeva təqaüdünü almaq üçün Nəsimi rayonu, Tiblisi prospekti 3007-ci məhəllədə yerləşən marketin qarşısında quraşdırılmış bankomata yaxınlaşıb. Gözünə gün düşdüyündən ekranı yaxşı görə bilməyən təqaüdçü yaxınlıqda salfet satan yeniyetmədən yardım istəyib. 

Yeniyetmə isə S.Ağayevanın kartında 480 manat pul olduğunu görüb. O, pulu nağdlaşdırmaq üçün müvafiq əməliyyatlar edib. Lakin qadına bankomatda pul olmadığını deyib. S.Ağayeva bankomatdan uzaqlaşanda yeniyetmə pulları götürüb.

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra yeniyetmə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilib. 

Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı məlum olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun ibtidai istintaq zamanı tutulduğu 3 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11  ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->