Şirniyyat yeyərkən, meyvələrdə, tərəvəzlərdə və süd məhsullarında olan təbii şəkəri — qlükoza, fruktoza, saxaroza, qarğıdalı siropu və ya hətta ağcaqayın siropu və bal kimi "təbii” şəkər adlanan əlavə şəkərlə qarışdırmaq olmaz. Əlavə şəkərli məhsulların həddindən artıq istehlakı sağlamlıq üçün mənfi nəticələr yarada bilər.
Qaynarinfo xəbər verir ki, Eating Well nəşri bir ədəd şirniyyatlı ponçikdən daha çox şəkər ehtiva edən 6 içkini açıqlayıb.
Şirin çay
Təzə dəmlənmiş soyuq çay — kalori və şəkərsiz bir içkidir, lakin şirin çayı da təhlükəsiz hesab etmək olmaz.
"Qazlı içkilərə daha sağlam alternativ kimi görünsə də, çoxu soyuq çayların tərkibində böyük miqdarda əlavə şəkər var”, — deyə diyetoloq Emi Braunşteyn bildirib.
Evdə hazırlasanız belə, mağazadan alsanız da, şirin çayda 227 qramlıq porsiyada 19 qram və daha çox əlavə şəkər ola bilər.
Bal ilə şirinləşdirilmiş çaylar
Bəzi şirinləşdirilmiş içkilər, xüsusilə də bala əlavə edilmiş çaylar, insana şəkər və ya qarğıdalı siropu ilə şirinləşdirilmiş içkilərdən daha faydalı təsir bağışlaya bilər.
"Bal daha təbii hesab edilsə də, o yenə də əlavə şəkərdir və istifadəsinə diqqət yetirmək lazımdır”, — deyə Braunşteyn xəbərdarlıq edib.
Onun sözlərinə görə, "qamış şəkəri ilə bal arasındakı fərq əsasən molekulyar tərkibdədir, çünki bal daha çox fruktoza ehtiva edir”.
Qazlı içkilər
"Niyə qazlı içkilərə ‘boş kalorili içkilər’ deyildiyini təsadüf hesab etmək olmaz”, — deyə qidalanma üzrə mütəxəssis Sara Qarone bildirib.
O qeyd edib ki, qazlı içkilər bədən çəkisini artırır və ölüm riski, ürək-damar xəstəlikləri, beyin-damar xəstəlikləri ehtimalını yüksəldir.
"Pəhriz qazlı içkilərində adətən süni şirinləşdiricilər olur və bunlar adi qazlı içkilərdəki şəkərin metabolik təsirinə malik deyil. Lakin araşdırmalar göstərib ki, pəhriz qazlı içkilərinin çox miqdarda istehlakı bel ölçüsünün artması, diabet və ürək xəstəlikləri ilə əlaqələndirilir. Hələ səbəb-nəticə əlaqəsi tam sübuta yetirilməsə də, hətta pəhriz qazlı içkilərin orta səviyyədə istehlakı belə daha sağlam variant ola bilər”, — Eating Well qeyd edir.
Limonad
Təzə limonad, konsentratdan hazırlanmış və ya toz halından su ilə qarışdırılmış limonad istənilən halda, 227 qramda 13 qramdan çox şəkər ehtiva edir.
Diyetoloqlar isə deyir ki, bu qədər əlavə şəkər limonun turş dadını balanslaşdıra bilər, lakin sağlamlıq üçün heç bir fayda vermir.
Mütəmadi limonad istehlakının, içkinin təravətli və meyvə dadlı görünməsinə baxmayaraq, iltihab mənşəli xroniki xəstəliklərin riskini artıra biləcəyi vurğulanır.
İdman içkiləri
İdman və elektrolit içkiləri orqanizmin su balansını qorumaq üçün lazım olan qida maddələrini ehtiva edir.
"İdman içkiləri çox vaxt sağlam içki kimi qəbul edilir və təyinatı üzrə istifadə olunmadığı üçün həddindən çox şəkər istehlakına səbəb olur”, — deyə diyetoloq Everi Zenker açıqlayıb.
Mütəxəssis əlavə edib ki, problem ondadır ki, bu içkilər çox vaxt intensiv fiziki fəaliyyət göstərməyən insanlar tərəfindən istehlak olunur. Ekspertlərin fikrincə, vitamin və mineral qəbulunu artırmaq üçün müxtəlif tam meyvələri yemək daha sağlam yoldur.
Kofe içkiləri
Adi qəhvə — istər isti, istər soyuq əlavə şəkərsiz olur. Lakin aromalı siroplar, şirin soyuq köpük və çırpılmış qaymaq içkinin şəkər miqdarını sürətlə artırır.
"Kofe içkiləri, xüsusilə qarışdırılmış dondurulmuş və mövsümi içkilər adətən həddindən artıq şəkər ehtiva edir”, — deyə diyetoloq Kendra Heyr qeyd edib.
Mütəxəssislər şəkəri azaltmaq üçün kofe içkilərinə daha az sirop əlavə etməyi və ya şəkərsiz latte və kapuçinoda yalnız südün təbii şirinliyindən həzz almağı tövsiyə edirlər.
Günay
Şərhlər