Xəbər lenti

Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
Ölkə 23:38 27.09.2020

Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib

Bu gün səhər saatlarından etibarən Tərtər rayonu daxili olmaqla, cəbhəboyu yerləşən yaşayış yerlərini Ermənistan silahlı qüvvələri hədəf alıb.

Trend-in məlumatına görə, Tərtərdə də Ermənistan silahlı qüvvələrinin mülki evləri atəşə tutmasına baxmayaraq, bir tərtərli belə evini tərk etməyib.

Düşmən atəşi nəticəsində Tərtərdə qaz, su, işıq və digər kommunikasiya xətlərinə ziyan dəyib, düşmən atəşi yaşayış evlərində yanğınlara səbəb olub. Dəymiş ziyan aradan qaldırılıb və yanğınlar söndürülüb.

Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini hədəf almadan nöqtə atışları ilə düşmənin canlı qüvvəsini və texnikasını sıradan çıxarır.

Digər rayonlardan Tərtərə dəstək üçün xeyli sayda insan gəlib. Tərtərə gələn vətəndaşlar Tərtərə dəstək, həmrəylik üçün gəldiklərini bilrirlər.

Hazırda bölgədə artilleriya səsləri duyulur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->