Foto 16:19 28.01.2021

Tərtərdə traktor minaya düşdü, traktorçu yaralandı (FOTOLAR/VİDEO)

Tərtər rayonunun işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb.

Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb.

Hadisə iş prosesi zamanı qeydə alınıb: "Həmin vaxt traktorla  işləyirdim. Birdən partlayış baş verdi. Traktoru qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. İlk öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm ciddi yaram yoxdur. Amma əlim üzüm qan içində idi. Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxıb yaxınlıqdakı sahəyə getdin. Orada işləyən aqronom məni xəstəxanaya çatdırdı".
 
E. Ələkbərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan APA-ya E. Ələkbərovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.