Xəbər lenti

Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşdü
Ölkə 09:55 27.10.2020

Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşdü

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini "Smerç”lə atəşinə tutub.

Qaynarinfo-nun Report-a istinadən xəbər verir ki, saat 18:15-də düşmən tərəfindən atılan "Smerç” rayonun Buruc kəndinin ərazisinə düşüb.

Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kəs olmayıb.

Lakin kəndin su xətti sıradan çıxıb.

Hazırda əraziyə Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->