Təşkilat sədri: “Azərbaycan Ordusunun təlimləri düşmənin narahatlığına səbəb olur”

Təşkilat sədri: “Azərbaycan Ordusunun təlimləri düşmənin narahatlığına səbəb olur”

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox yüksək səviyyədə baş tutub və uğurla yekunlaşıb”.  

Bunu "MediaPost”a açıqlamasında Sosial Rifah Tədqiqatlar İctimai Birliyinin rəhbəri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib.

Onun fikrincə, cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimlərin keçirilməsi ordumuzun döyüş hazırlığının təkmilləşdirilməsi və şəxsi heyətin uzlaşdırılması üçün böyük əhəmiyyət kəsb edir.  

Təşkilat sədri söyləyib ki, təlimlər Müdafiə Nazirliyinin illik döyüş hazırlığı planına əsasən keçirilib: "Koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, Azərbaycan Ordusu döyüş hazırlığını davam etdirir. Çünki ortada işğal faktı var və ordumuzun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq vacibdir. Regionda və dünyada gedən gərgin siyasi proseslər də bunu tələb edir. Ona görə də döyüş hazırlığı çərçivəsində nəzərdə tutulmuş tədbirləri həyata keçirmək, bütün qoşun növlərini təkmilləşdirmək, onların fəaliyyətini uzlaşdırmaq mühüm əhəmiyyət daşıyır”, - o vurğulayıb.    

Ə.Bəydəmirli bildirib ki, təlimlərin keçirilməsi düşmən tərəfin narahatlığına səbəb olur: "Digər tərəfdən təlim bütün səviyyədə şəxsi heyətin həm əhval ruhiyyənin yüksəlməsinə, həm də peşəkarlığın artmasına təsir göstərir. Digər tərəfdən, bu kimi təlimlərin keçirilməsi düşmən silahlı qüvvələrinin şəxsi heyətinin, habelə Ermənistanın daxilində və işğal olunmuş ərazilərdə yaşayan insanların psixoloji narahatlığına səbəb olur. Bu da birmənalı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən təklif edilən şərtlər əsasında həllinə öz töhfəni verir”.  

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR