İdman 23:55 27.04.2021

Teymur Rəcəbov Maqnus Karlsenlə heç-heçə etdi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun "New in Chess Classic” mərhələsində 1/4 final görüşləri keçirilir.

Qaynarinfo xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.

Görüş azərbaycanlının üstünlüyü ilə keçsə də, iki qarşılaşmadan sonra bərabərlik hökm sürür.

Qeyd edək ki, daha bir həmyerlimiz Şəhriyar Məmmədyarov da 1/4 finala vəsiqə qazanıb. İrandan olan, ancaq FIDE bayrağı altında yarışan Əlirza Firuzca ilə qarşılaşan "Şah” rəqibilə sülh bağlayıb.

Bununla yanaşı, Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri də keçirilir.

Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi 8 500 dollar qazanacaq.