İranda qəzaya uğrayan Türkiyəyə aid təyyarədə ölən 11 nəfərdən biri, biznesmen Hüseyn Başaranın qızı Mina Başaran bu gün torpağa tapşırılacaq.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Başaran barədə qəzetə emosional ölüm elanı verilib. Nişanlısı Murad Gəzər "Kiçik qəlbli mələyim. Səni çox sevirəm. Məni gözlə. Murty-n" məzmunlu ölüm elanını dərc etdirib.
Mina Başaranın ailəsi isə çələng göndərmək istəyənlərə müraciət edərək bunun əvəzində Mehmetçik Fonduna ianə vermələrini istəyib.
Gülşən
Şərhlər