Ekonomiks 16:39 05.11.2019

"British Airways" "Air Europa"nı alır

"British Airways"in tərkibinə daxil olan "International Airlines Group" və İspaniyanın "Iberia" şirkəti "Air Europa" şirkətini 1,1 milyard dollara alır.

Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, alış prosesi 2020-ci ildə yekunlaşacaq. "Air Europa" şirkətini almaqda məqsəd Cənubi Amerika transatlantik bazarında liderliyi ələ keçirmək və Madridi Avropanın aeroport mərkəzinə çevirməkdir. 

"Air Europa" 66 təyyarə ilə 69 istiqamətdə uçuşlar həyata keçirir. 

Qeyd edək ki, "International Airlines Group" 2011-ci ildə "British Airways" və "Iberia" tərəfindən Madriddə yaradılıb. 

Gülşən