Xəbər lenti

Tezliklə bütün Avropa liderləri Maskla açıq müharibəyə başlayacaq - Figaro
Dünya 17:37 08.01.2025

Tezliklə bütün Avropa liderləri Maskla açıq müharibəyə başlayacaq - Figaro

Fransa Prezidenti Emmanuel Makron bu bazar ertəsi keçirilən otuzuncu səfirlər konfransında Maskı sərt tənqid edib. "Bizə dünyanın ən böyük sosial şəbəkələrindən birinin sahibinin yeni beynəlxalq geriçi hərəkatı dəstəkləyəcəyi və seçkilərə birbaşa müdaxilə edəcəyi deyilsəydi, buna kim inanardı?" – Makron deyib. Çox tez reaksiya verən amerikalı milyarder isə özünün X adlı sosial şəbəkəsində ona cavab vermək fürsətini qaçırmayıb.

Qaynarinfo Lefigaro-ya istinadla xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa Komissiyasını Avropa İttifaqı üzvü olan ölkələri, xüsusən amerikalı milyarder İlon Maskın siyasətə müdaxiləsindən "maksimal qətiyyətlə" qorumağa çağırıb.  

Maska məxsus X (Twitter) sosial şəbəkəsinin Avropada Braziliyadakı kimi qadağan olunması ehtimalı ilə bağlı suala Barro belə cavab verib: "Bu, qanunlarımızda nəzərdə tutulub".  

"Ya Avropa Komissiyası ictimai məkanımızı qorumaq üçün hazırladığımız qanunları maksimal qətiyyətlə tətbiq edəcək, ya da bunu etməyəcək və bu halda həmin imkanın Aİ üzvü ölkələrə qaytarılması ilə razılaşmalı olacaq", – deyə fransız nazir vurğulayıb.  

Qeyd edək ki, son günlər İlon Mask bir neçə Avropa lideri tərəfindən sərt tənqidə məruz qalıb. Keir Starmerdən sonra Olaf Şolts, indi də Emmanuel Makron... Buna səbəb onun Almaniyanın ultra-sağçı partiyası "Almaniya üçün Alternativ"i açıq şəkildə dəstəkləməsi və Britaniyanın baş naziri Kir Starmerin istefasına çağırması olub.  

Mask, həmçinin ABŞ-ın "Britaniya xalqını tiraniyadan azad etməli olub-olmaması" barədə onlayn sorğu keçirib.  

Xatırladaq ki, Mask Kanada baş naziri Castin Trüdonu da "qız” adlandıraraq ictimai şəkildə təhqir edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->