ABŞ-ın Luisvil universitetinin tədqiqatçı qrupu xərçəngin immunoterapiya dərmanını hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, bu dərman şişin yaranmasının qarşısını alır. Bu barədə "MedicalXpress” portalında məqalə dərc edilib.
Alimlər sağlam siçanlar üzərində təcrübə aparıblar. Siçanlara klonlaşdırılmış DNA-lardan əldə edilən SA4-1BBL zülalı vurulub. Sonra isə ara-sıra ağ ciyər və uşaqlıq borusundakı şişdən götürülən bədxassəli hüceyrələr orqanizmə yeridilib.
Ekspertlər müəyyən ediblər ki, SA-4-1BBL zülalı orqanizmi ineyksiyadan iki həftə sonra maksimal şəkildə bədxassəli şişdən qoruyur. Effekt isə 8 həftə davam edir.
Alimlərin fikrinə əsasən, genlərin kombinasıyasından əldə edilən zülal inqibitor rolunu oynayır. ( ölkə.az)
Şərhlər