Foto 12:22 07.11.2019

Tibb mərkəzinin sahibi azərbaycanlı sevgilisini güllələdi (FOTOLAR)

Türkiyənin İstanbul şəhərində azərbaycanlı qadın güllələnib.

Qaynarinfo azxeber.com-a istinadən xəbər verir ki, güllələnən qadının adı Aidadır.

Hadisə İstanbulun Avcılar ərazisində yerləşən özəl tibb mərkəzində baş verib.
 
Xəstəxananın sahibi olan Celal T. adlı həkim yanında çalışan Aidanı güllələyib. 3 yaşlı uşaq anası olan qadın ağır yaralanıb.

Polis Celal T.-ni saxlanyıb.

Həmyerlimiz xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.