"Hazırda tikinti sektorunda ciddi dəyişiklik müşahidə olunmur. Açığı, belə bir dəyişikliyin baş verməsi üçün heç bir əsas da yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı 2026-cı ilin yanvar-fevral aylarında tikinti sektorundakı qiymətlərlə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, hazırda tikinti sektorunda vəziyyət mövsümi amillərə bağlı olaraq bir o qədər də aktiv deyil:
"Bundan əlavə, hazırda şəhərsalma ilə bağlı müəyyən qərarların qəbulu istiqamətində müzakirələr aparılsa da, ümumilikdə ilin əvvəlində ciddi və nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmayıb”.
Ramil Osmanlı mart ayında tikinti sektorunda əhəmiyyətli canlanmanın müşahidə oluna biləcəyini istisna etmir:
"Əgər aktivlik artar, müraciətlərin sayı və bazara pul axını çoxalar, tikintinin tempi yüksələr, ümumi tələb artar və makroiqtisadi dəyişikliklər baş verərsə, bu halda qiymət artımı qaçılmaz olacaq”.
Bahar Rüstəmli
Şərhlər