İtaliya Xarici İşlər Nazirliyi davam edən qeyri-sabit təhlükəsizlik şəraitini əsas gətirərək vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya XİN Yaxın Şərq regionunda vəziyyətin gərgin olaraq qaldığını bildirərək son dərəcə ehtiyatlı davranmağı tövsiyə edib.
Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, turizm məqsədilə İranda olan və ya ölkədə qalması zəruri olmayan İtaliya vətəndaşları mümkün qədər tez ölkəni tərk etməlidirlər.
Rəsmi Roma həmçinin vətəndaşlarına İraq və Livana səfərdən çəkinməyi tövsiyə edib.
İsraildə olan İtaliya vətəndaşlarına isə maksimum ehtiyatlı olmaq və təhlükəsizlik qaydalarına ciddi riayət etmək çağırışı edilib.
Seyid
Şərhlər