Xəbər lenti

Azərbaycan İrandakı vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırdı
Siyasət 12:11 28.02.2026

Azərbaycan İrandakı vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırdı

Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı XİN "X" hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub:

Vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etmələrini, kütləvi toplaşma yerlərindən uzaq durmalarını, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyətlə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycanın İrandakı Səfirliyi


+98 905 523 01 07

+98 901 884 55 31

Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğu


+98 901 414 31 57

+98 935 317 21 01

Xatırladaq ki, bu gün İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. İsrail və İran hava məkanını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.
--> -->