Xəbər lenti

"TikTok"da tanış olduğu şəxsin evindən oğurluq etdi
Ölkə16:15 26.09.2025

"TikTok"da tanış olduğu şəxsin evindən oğurluq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qonaq getdiyi evdən oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 
Qaynarinfo-nun nəlumatına görə, Ruslan adlı təqsirləndirilən şəxs "TikTok" platformasında tanış olduğu şəxsin evinə bir neçə dəfə qonaq gedib. Ev sahibi mətbəxdə məşğul olduğu zaman paltar dolabından 8400 manat dəyərində qızıl-ziynət əşyaları və 900 ABŞ dolları pul oğurlayıb. 
Ev sahibi hadisədən xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına şikayət edib. Ruslan saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 
Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılib. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. 
Seyid