Hindistanda Qanqaram adı verilən timsah ölüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, heyvana cənazə mərasimi keçirilib və mərasimdə 500 nəfər iştirak edib. Təntənəli mərasimdə ölən timsah güllərlə bəzədilib və traktorla aparılaraq dəfn edilib.
Timsahın yaşadığı gölün ətrafında məskunlaşan kəndlilər heyvanın hər kəslə dost olduğunu və uşaqların onunla birgə çimərkən hücum etmədiyini bildiriblər.
"Qanqram bir timsah deyil, dost idi. Yaxınlıqda kimisə görə, gölün digər ucuna doğru üzərdi", - deyə kəndlilərdən biri bildirib.
Mərasimə qatılanlar onun məzarı üstündə abidə qoymağı da düşünürlər.
Şərhlər