Titanda Yerdə olmayan qəribə üzvi molekul tapıldı – Sirli laboratoriya

Titanda Yerdə olmayan qəribə üzvi molekul tapıldı – Sirli laboratoriya

Astronomlar Titan atmosferində heç bir planetdə olmayan çox nadir karbon və hidrogen atomunun - siklopropeniliden molekulunu kəşf ediblər.


Qaynarinfo xəbər verir ki, bu haqda "Astronomical Journal”ın bir araşdırmasında deyilir. Saturnun bu nəhəng peyki Yer istisna olmaqla səthində maye olan yeganə göy cismidir. Titanın dənizləri və gölləri maye karbohidrogenlərdən ibarətdir. Alimlərin fikrincə, orada həyat mövcud ola bilər.


Titan atmosferində üzvi molekulları axtarmaq üçün Goddard adına NASA Kosmik Uçuş Mərkəzindən Konor Niksonun rəhbərlik etdiyi astronomlar Çili Atakama Səhrasında ALMA radio teleskopundan istifadə edib. Alimlər incəldilmiş üst təbəqələrdə siklopropeniliden aşkar ediblər.


Onların sözlərinə görə, bu, Yer kürəsində laboratoriya şəraitində əldə edilən son dərəcə nadir molekuldur. Atmosferdə uzun müddət mövcud ola bilməyəcəyi qeyd olunur, çünki digər molekullarla asanlıqla reaksiyaya girir və daha mürəkkəb birləşmələr əmələ gətirir. Ona bu zamana qədər Günəş sisteminin heç bir yerində rast gəlinməyib.


"Siklopropenilidenin tsiklik təbiəti bioloji cəhətdən əhəmiyyətli molekulların yaranmasına imkan verən əlavə bir kimya sahəsi açır", - alimlər izah edib.

Niksonun dediyi kimi, Titan günəş sistemində misilsizdir, çünki "yeni molekulların xəzinəsi” olduğunu sübut edib. Elm adamları Saturnun bu peykini əsl bir laboratoriya kimi qəbul etdiklərini söyləyib: "Burada həyat yarandığı vaxt qədim Yerdə gedən proseslərə bənzər bir proses görə bilərsiniz".

 

Alpər

 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR