Tofiq Yaqublu xəstəxandan evə buraxıldı

Tofiq Yaqublu xəstəxandan evə buraxıldı

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu xəstəxandan evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, o, müalicə aldığı "City Hospital"ın qarşısında jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. T.Yaqublu məhkəmə qərarından sonra aclıq aksiyasını dayandırıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR