ABŞ-dan olan 4 qat olimpiya çempionu Simon Baylz Tokio-2020-də yarışmaqdan imtina edib.
Qaynarinfo ABŞ-ın Gimnastika Federasiyasının rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, buna səbəb onun səhhətində yaranan problemlər olub. 24 yaşlı idmançı komanda yarışları ilə yanaşı fərdi final yarışlarına çıxmamaq qərarına gəlib.
Baylz özünü psixoloji cəhətdən yaxşı hiss etmədiyi üçün dünən komanda yarışlarını yarımçıq dayandırmışdı. 4 dəfə olimpiyanın qızıl medallarına sahib çıxmış gimnast açıqlamasında bu sözləri söyləyib: "Yarışa 100 faiz hazır olmaq lazımdır. Bunu etməsəniz, problemləriniz yaranacaq. Titrəyirdim, yata bilmədim. İndiyə qədər heç bir yarışdan əvvəl özümü belə hiss etməmişdim. Performansımdan sonra davam etmək istəmədim".
Tokio-2020-nin favoritlərindən sayılan Baylz, Rio-2016-da 4 qızıl bir bürünc, dünya çempionatlarında 19 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.
Səbuhi Həsənov
Şərhlər