Xəbər lenti

Tonlarla Azərbaycan pomidoru Rusiyaya buraxılmadı
Ölkə 21:16 29.04.2019

Tonlarla Azərbaycan pomidoru Rusiyaya buraxılmadı

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları "Yaraq-Qazmalyar” buraxılış məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.

Laboratoriya rəyinə əsasən, Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edilib və məhsulun geri qaytarılması barədə qərar qəbul edilib. Zərərli güvənin kartof, badımcan və tütün məhsullarına da zərər vura biləcəyi deyilir. Yüklə bağlı protokol tərtib olunub və sahibi cərimələnib. Məhsul sərhəddən Azərbaycana geri qaytarılıb.

Qeyd edək ki, analoji hadisə ötən ay da baş vermişdi. Onda 16,2 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmamışdı. (Virtualaz.org)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->