Foto 17:42 23.05.2020

Tovuzda ağacı dəmir yoluna aşırdı: qatarların hərəkətində fasilə yarandı (FOTOLAR)

Güclü külək Tovuzda fəsadlar törədib.

APA-nın məlumatına görə, güclü külək nəticəsində ağac rayonda dəmir yolu xəttinin üzərində düşüb. Nəticədə qatarların hərəkətində fasilə yaranıb.

Hazırda adiyyatı qurumlar cəlb olunub.