Toy sahibi qeyri-adi iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
Azərbaycan bölgələrinin birində çox qəribə hadisə baş verib. ANS PRESS-in məlumatına görə, hüquq müdafiəçisi Anar Qasımlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, rayonların birində bir kişi övladının toyuna dəvət etdiyi, ancaq toya gəlməyən 80 nəfəri məhkəməyə verib. Həmin vətəndaş artıq iddia ərizəsilə məhkəməyə müraciət edib.
İddiaya görə, həmin şəxs əvvəllər toya çağırdığı 80 nəfər məclisində iştirak edib və onların toyuna pul yazdırıb. İndi o, məclisə gəlməyən 80 nəfərin toyuna vaxtilə yazdırdığı pulları geri tələb edir.
Qaynar.info
Şərhlər